Əvəz Temirxan İsa Qəmbərdən şübhələnir

Əvəz Temirxan İsa Qəmbərdən şübhələnir
  25 İyul 2013    Oxunub:1101
“Nə Milli Şurada nə də ki, başqa bir yerdə heç kim Əvəz Temirxanı kiməsə qarşı yönəldə bilməz. Mən istəmirəm ki, mənim adım hallandırılsın. Çünki ümumiyyətlə, ad çəkməmişəm. Kimisə də ittiham etməmişəm”.
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Müsavat Partiyasının Məclis üzvü, İsa Qəmbərin müşaviri Mustafa Hacıbəylinin “MŞ-da elə adamlar var ki, R.İbrahimbəyovu, Əvəz Temirxanı, ACP-ni də Müsavata qarşı yönəldirlər” fikrinə münasibət bildirərkən deyib. Partiya sədri bildirib ki, onun nə Müsavat partiyasına , nə də ki, İsa Qəmbərə qarşı qərəzli mövqeyi yoxdur.

“ Facebook profilimdə açıqlama qoymuşam ki, seçki başlanana qədər Rüstəm İbarahimbəyovun İsa Qəmbər tərəfindən birmənalı şəkildə dəstəklənəcəyinə ümid etmək istəyirəm. Məntiqlə iki namziədlə seçkilərə getmək müxalifətin vahid namizəd seçimini iqtidara vermək deməkdir. Mənim nə müsavatçılarla, nə də ki İsa Qəmbərlə düşmənçiliyim yoxdur. Mənim analiz etmək hüququm var ya yox ? Mənim gördüyümü demək hüququm var ya yox? Mən ittihamsız- filansız deyirəm ki, əgər Rüstəm İbarahimbəyovla bərabər İsa Qəmbər seçkilərə gedəcəksə, bu birincinin qeydiyyata alınmaması üçün şərait yaradacaq. Bu isə vahid namizəd ideyasının kökündən balata vurulmasına gəitirib çıxaracaq. Bunu axı onlar özü də gözəl bilirlər. Bu ittiham deyil, bir narahatlıqdır. Mən ümid etmək istəyirəm ki, İsa Qəmbər o dərəcəd qeyri-realist deyil ki, bunu etsin. Açığı bunun müəyyən işartıları da var. İşartı ondan ibarətdir ki, Ali Məclis Divana və İsa Qəmbrə hüquq verib ki, vahid namizəd seçkisi haqqında məsələni müzakirə etsin. Özləri qərar qəbul etsin. Bu o deməkdir ki, sabah İsa bəy qərar verə bilər ki, mən İbrahimbəyovu dəstəkləyirəm. Partiyanın kiminsə nazmiədliyinin irəli sürülməsi haqında qərar qəbul etməsi isə hələ onun namizəd olması deyil. Onun razılığı lazımdır. Son mərhələdə hər şey üst rəydən asılı olcaq. Və mən ümid etmək istəyirəm ki, İbrahimbəyovun vahid namizədliyinə maneə yaradcaq heç bir addım atamayacaqlar”.

Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti