Aksiya çərçivəsində iştirakçılar Yerevan merinə üzərində 50 dram və “yeyin, partlayın...” sözləri yazılmış tort verməyə çalışıblar. Lakin polis iştirakçılara binaya girməyə imkan verməyib. Lakin sonda tort merə göndərilib. Onu içəri keçirən ağsaqqallar şurasında “Salam Yerevan” blokunun üzvü David Sanasaryan keçirib. Bundan sonra iştirakçılar “ 100 dram ödə” aksiyalarını davam etdirmək üçün paytaxtın müxtəlif yerlərindəki avtobus dayanacaqlarına üz tutublar. Etirazçılar nümayişləri nəqliyyatda qiymətlərə yenidən baxılmayana qədər davam etdirəcəklərini bildiriblər. Polis ictimai asayişi pozanlardan bir neçəsini saxlayıb.
Qeyd edək ki, aksiyalar 6 gündür davam edir.
Səbinə Həsənova
Azvision.az