Zaqatalada ağır qəza: Ölən və yaralanan var
Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1995-ci il təvəllüdlü, İbrahim Elxan oğlu İbrahimlinin idarə etdiyi “Moskviç-412” markalı minik avtomobili ilə hələlik şəxsiyyəti məlum olmayan Zaqatala rayon sakininin idarə etdiyi “Mercedes-Vita” markalı, Rusiya dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Qəza nəticəsində “Moskiviç” markalı avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini 24 yaşlı Feyzullah Hədis oğlu Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. “Moskviç”in sürücüsü İbrahim İbrahimli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Mikroavtobusun sürücüsü xəsarət almayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


