Prezident krala başsağlığı verib

Prezident  krala başsağlığı verib
  25 İyul 2013    Oxunub:1293
Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət I Xuan Karlosa başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığında deyilir:

"Əlahəzrət, Madrid-Ferrol istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".


Teqlər:





Xəbər lenti