Ombudsman MTN-in təcridxanasında olub

Ombudsman MTN-in təcridxanasında olub
  26 İyul 2013    Oxunub:1264
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyi Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına baxış keçirib.
Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Elmira Süleymanova orada saxlanılan şəxslərlə təkbətək görüşüb, onların saxlanılma şəraiti və vəziyyəti ilə tanış olub.

Görüş zamanı müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan şəxslər istintaq təcridxanasında saxlanılma şəraiti və rəftarla əlaqədar heç bir şikayətlərinin və narazılıqlarının olmadığını bildiriblər.

Müvəkkil baxışın nəticələrini Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəisi ilə müzakirə edib və öz tövsiyələrini verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti