Məleykə Abbaszadə mətbuat konfransı keçirib

Məleykə Abbaszadə mətbuat konfransı keçirib
  26 İyul 2013    Oxunub:1170
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 26-da IV ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanı ilə bağlı mətbuat konfransı keçirib.
AzVision.az xəbər verir ki, IV ixtisas qrupu üzrə keçiriləcək imtahanda iştirak etmək üçün 11 793 nəfər ərizə verib.

TQDK sədri Məleykə Abbaszadə bildirib ki, abituriyentlərdən 11 019 Azərbaycan bölməsi, 774 nəfər isə rus bölməsinin məzunudur:

“Abituriyentlərin 7 123 nəfəri oğlan, 4 670 nəfəri isə qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 6 605 abituriyent cari ilin məzunları, 4 729 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 53 abituriyent isə xarici ölkə vətəndaşıdır.

Abituriyentlər arasında ən yaşlısı 1959-cu ildən, ən gənci isə 1998-ci ildəndir”.

İmtahanın keçirləcəyi şəhərlərə gəlincə isə M.Abbaszadə qeyd edib ki, qəbul imtahanı respublikanın 11 şəhərində keçiriləcək:

“Bu şəhərlər Bakı, Sumqayıt və Mingəçevir, Naxçıvan, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubadır. Artıq abituriyentlərin böyük əksəriyyəti buraxılışı vərəqələrini çap edib götürüb.”.

IV ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər iyulun 31-dən avqustun 12-dək qabiliyyət imtahanı verməlidirlər.

Fatimə KƏRİMLİ






Teqlər:  





Xəbər lenti