Yüksək bal toplayanlar Polis akademiyasını seçib

Yüksək bal toplayanlar Polis akademiyasını seçib
  26 İyul 2013    Oxunub:27513
500 baldan yüksək nəticə göstərən abituriyentlər arasında ali hərbi məktəbləri seçənlər üstünlük təşkil edir.
Bu sözləri TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında əvvəlki illərin imtahan nəticələri ilə bağlı statistikanı təqdim edərkən deyib.

«Üçüncü qrup üzrə 500-dən yüksək bal toplayan 135 nəfər, 600-dən yuxarı bal toplayan 35 nəfər DİN-nin Polis akademiyasını seçib. MTN-in akademiyasına isə bu qrup üzrə 500-dən çox bal toplayan 33, 600-dən çox bal toplayan isə 12 nəfər seçib. Birinci qrup üzrə isə 500-dən yüksək bal toplayaraq 11, 2 nəfər isə 600-dən yüksək al toplayaraq MTN-in akademiyasını seçib. Bu qrup üzrə 500-dən yüksək bal toplayan 12, 600-dən yüksək bal toplayna 2 nəfər FHN-in akademiyasını seçib».


Teqlər:  





Xəbər lenti