Məleykə Abbaszadə: `Biz gözləyirdik ki,...`

Məleykə Abbaszadə: `Biz gözləyirdik ki,...`
  26 İyul 2013    Oxunub:1128
“Hər ixtisas qrupu üzrə imtahan verənlərin 40%-i əvvəlki illərin məzunlarıdır. Onların nəticələri əsasən cari ilin məzunları ilə müqayisədə daha aşağı olub”.

AzVision.az-ın məlumatına görə, bu sözləri TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb:

“Bu il I qrup üzrə 35 min abitreuyentin 50%-i 90 baldan aşağı nəticə göstərib. 0-100 bal arası nəticə göstərən abitruyentlərin 37%-i bu ilki məzunlar, 72%-i isə əvvəlki illərin məzunlarıdır”.

TQDK sədri həmçinin aşağı bal toplayanların ali məktəblərdəki nəticələrindən danışıb:

“Ötən il Bakı Dövlət Universitetinə 150-200 balla nəticə göstərən yalnız 1 nəfər qəbul olunub. Dövlət Neft Akademiyasına bu balla 2 nəfər, Azərbaycan Texniki Universitetinə 409 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetə 2 nəfər, Azərbaycan Dövlət İqtisad Universitetinə 8 nəfər, Azərbaycan Müəllimlər Universitetinin Qazax filialına 7 nəfər qəbul olunub”.

TQDK sədri bildirib ki, 150-200 balla ali məktəblərə qəbul olan heç bir tələbə akademik borca görə xaric edilməyib:

“Tələbə-Məzun Sistemindən əldə etdiyimiz məlumata əsasən, Azərbaycanda akademik borca görə heç kim ali məktəbdən çıxarılmayıb. 20 nəfər ali məktəbdən çıxıb, amma onların hansı səbəbdən bu addımı atdıqları dəqiq deyə bilmərəm. Tələbə-Məzun Sistemini izləyirik və akademik borca görə ali məktəblərdən qovulanlar da diqqətimizdədir. Biz gözləyirdik ki, ötən il 150-200 balla ali məktəbə qəbul olan tələbələr birinci kursun proqramını mənimsəyə və sessiya imtahanlarını verə bilməyəcəklər. Əgər nəticə belə olsaydı, bu il birinci qrupda müsabiqə şərtlərini 150 bala endirməyə ehtiyac qalmayacaqdı”.


Teqlər:





Xəbər lenti