SOCAR rüşvət ittihamına cavab verdi

SOCAR rüşvət ittihamına cavab verdi
  26 İyul 2013    Oxunub:1437
SOCAR-dan jurnalistin ittihamlarına cavab.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Yeni Müsavat” qəzetində dərc olunan “Neft ölkəsinin neftçi problemi” adlı yazısında jurnalist Azər Rəşidoğluna SOCAR-ın rəsmi facebook səhifəsində cavab verib. Belə ki, həmin məqalədə Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olan Azər Rəşidoğlunun müsahibəsində bildirib ki, Dövlət Neft Akademiyasını bitirən çoxsaylı insanlar işsiz qalıblar. “Və onlar çox məmnuniyyətlə neft sahəsində işləmək və xeyir vermək istəyirlər. Təəssüf olsun ki, işə qəbul üçün Rövnəq Abdullayevin işçiləri rüşvət tələb edirlər. Rüşvət, korrupsiya həmin insanların işsiz qalmasına, bazarlarda kartof satmasına şərait yaradır."

SOCAR-ın jurnalistə isə cavabı belə olub: “Adamın Allahı olar. SOCAR azsaylı şirkətlərdəndir ki, işə qəbul olunmaq üçün bilik və səriştəyə önəm verir, kartof satanlar yəqin kartof hesabına diplom alır ona görə də müsahibəni keçmir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti