Ermənilər rus jurnalistdən üzr tələb edir

Ermənilər rus jurnalistdən üzr tələb edir
  26 İyul 2013    Oxunub:1214
Yol qəzasında ittiham edilən erməni sürücüsü Qraçya Arutyunyan üçün 12,5 min imza toplanaraq “Rossiya 1” telekanalından üzr tələb edilib.
AzVision.az Rusiya mətbuatına istinadən məlumat verir ki, “Rossiya 1” telekanalında yol-nəqliyyat hadisəsindən danışan zaman jurnalist sürücünün adını xüsusi istehza ilə səsləndirib.

Ermənilər iddia edir ki, jurnalist etikadan kənara çıxaraq aqressiv şəkildə Arutyunyanın milliyyətini xüsusi intonasiya ilə bildirib, adını isə xüsusi vurğu ilə - Qraçya əvəzinə Qrrrrraçya deyib.

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi iyulun 13-də baş verib. Yüksək sürətlə idarə olunan yük maşını Oznobişino kəndi yaxınlığında avtobusla toqquşub. Videoyazıdan görünür ki, Qraçya Arutyunyanın idarə etdiyi yük maşını yana çevrilərək sərnişin avtobusuna çırpılıb. Qəzada 18 nəfər ölüb və onlarla insan xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti