Sosial yardımla bağlı müraciətlərin sayı azalıb

Sosial yardımla bağlı müraciətlərin sayı azalıb
  27 İyul 2013    Oxunub:1282
Ünvanlı sosial yardımla bağlı nazirliyə və digər instansiyalara müraciətlər iki dəfədən çox azalıb.
Bu barədə AzVision.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər. Bildiriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması istiqamətində görülən ardıcıl tədbirlər, habelə mütəmadi olaraq vətəndaş qəbullarının keçirilməsi nəticəsində vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımı ilə bağlı nazirliyə və müxtəlif instansiyalara ünvanlanan müraciətlərin sayında kəskin azalma özünü göstərir.

Belə ki, cari ilin yanvar ayında ünvanlı sosial yardımla bağlı 954 müraciət daxil olduğu halda, iyun ayında qeyd olunan müraciətlərin sayı 466-a enib. Həmçinin, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk yarimilində belə müraciətlərin sayında 23,4 faiz azalma özünü göstərib.

Qeyd edək ki, müraciətlərin bir qismi sorğu xarakterli olduğundan onları ünvanlayan şəxslərə müvafiq izahatlar verilib. Həmçinin ayrı-ayrı müraciətlərdə əksini tapan haqlı irad və narazılıqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə konkret tədbirlər görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti