Əli Abbasov tapşırıq verdi
AzVision.az-ın məlumatına görə, nazir Əli Abbasov bildirib ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya texnologiyaları 2013” hesabatında Azərbaycanın 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, “İnternetin əlçatanlığı” göstəricisinə görə isə 20-ci yerdə qərarlaşıb.
Kollegiya iclasında cari ilin 6 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İKT sektorunda artım tempi 10.5 faiz təşkil edib. “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə Tədbirlər Planı”na müvafiq olaraq, 6 ay ərzində həyata keçirilən işlər, tədbirlərin icra vəziyyəti barədə məlumat verilib.
Nazir “İKT ili” çərçivəsində rəqəmli TV yayımının genişləndirilməsi, poçt sahəsində qeyri-ənənəvi xidmətlərin artırılması, informasiya təhlükəsizliyi, tənzimlənmə, “E-hökumət”, “Elektron imza”, ümumilikdə elektron xidmətlərin həcminin artırılması və sürətləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi ilə bağlı tədbirlərin davam etdirilməsi, Prezident yanında Elmin İnkişafı Fondu ilə birgə reallaşması nəzərdə tutulan layihələr, “Bakutel” sərgi-konfransına hazırlıq işlərinin sürətləndirilməsi, prezident seçkiləri prosesində Mərkəzi Seçki Komissiyası ilə birgə İKT-nin tətbiqinin yüksək səviyyədə təşkili üzrə tövsiyələrini bildirib. Nöqsan və çatışmazlıqların da aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.
AzVision.az