Neft Fondundan Təhsil Nazirliyinə 34 milyon

Neft Fondundan Təhsil Nazirliyinə 34 milyon
  26 İyul 2013    Oxunub:1130
2013-cü ildə tələbələrin xaricdə təhsil almaları üçün Dövlət Neft Fondu Təhsil Nazirliyinə 34 milyon manat ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi facebook səhifəsində vətəndaşların suallarını cavablandırarkən bildirilib.

“2013-cü il üçün Dövlət Proqramının maliyyələşdirilməsi məqsədilə Dövlət Neft Fondunun büdcəsində 34 mln manat nəzərdə tutulub ki, bu məbləğə də həm təhsil alanların, həm də yeni qəbul olunanların təhsilini maliyyələşdirilməsi daxildir. Bu il göndəriləcək olacaq tələbələrin sayı qeyd olunan məbləğə uyğun şəkildə müraciətlərdən asılı olaraq müəyyənləşəcək”-deyə, Nazirlik əlavə edib.

Qeyd edək ki, Azərbaycanda təhsilin inkişafı (2003-2013) istiqamətində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə bu günə qədər 1825 nəfər təhsil alıb. Statistikaya əsasən, 2007-2008-ci tədris ilində – 66, 2008-2009-cü tədris ilində – 134, 2009-2010-cu tədris ilində – 308, 2010-2011-ci tədris ilində – 275, 2011-2012-ci tədris ilində – 435 və 2012-2013-cü tədris ilində – 607 nəfər təhsil alıb.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti