ATƏT insan hüquqlarını müzakirə edəcək

ATƏT insan hüquqlarını müzakirə edəcək
  26 İyul 2013    Oxunub:1378
Sentyabrın 23-dən oktyabrın 4-dək Polşanın paytaxtı Varşavada ATƏT-in insan hüquqları və demokratiyaya dair illik konfransı keçiriləcək.
AzVision.az xəbər verir ki, konfrans ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) tərəfindən təşkil olunur.

Konfransda ATƏT-ə üzv ölkələrin, tərəfdaşların, vətəndaş cəmiyyətlərin, beynəlxalq təşkilatların nümayəndələri və ATƏT qurumları insan hüquqları və demokratiya sahəsində problemləri, bu sahələrdə təcrübə mübadiləsi, ATƏT məkanında təcavüzkar millətçilik və irqçiliyin qarşısının alınması, ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizə, kişi və qadınların bərabər hüquq və azadlıqları, qadın və uşaqlara qarşı zorakılıqla mübarizə, ifadə azadlığı, azad media və informasiya, jurnalistlərin müdafiəsi kimi məsələləri müzakirə olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti