Erməni: `Bakıda qəbul edilməyimdən razıyam`

Erməni: `Bakıda qəbul edilməyimdən razıyam`
  26 İyul 2013    Oxunub:1354
İyulun 26-da səhvən Kiyevdən Bakıya gələn təyyarəyə oturdulmuş 22 yaşlıYerevan sakini Asatur Xaçatryanı Ukraynaya təhvil verilib.

Xəbər verdiyimiz kimi, Kiyevin Borispol aeroportunda A.Xaçatryan İrəvana göndərməli imiş. Lakin gənc erməni təsadüfən Bakıya yola salınıb. Danışıqlardan sonra Xaçatryan bu gün səhər saatlarında sağ-salamat Kiyevə qayıdıb.

Virtualaz.org-un Kiyevdəki müxbiri Xaçatryanla görüşərək ondan Bakı səfərinə dair qısa açıqlama almağa nail olub. Xaçatryan deyib ki, Bakı aeroportunda onunla yaxşı davranıblar: “Məndən bir şeyə ehtiyacımın olub-olmadığını soruşdular, problemimlə maraqlandılar. Mənə orada insani münasibət göstərdilər”.

Xaçatryan deyib ki, o, özü aeroportdan uzaqlaşmaqdan imtina edib, öz istəyi ilə elə hava limanındaca gecələyib: “Bu, mənim həyatımda ən uzun gecə idi. Səhərə qədər yata bilmədim və Kiyevə uçacaq təyyarəni gözləməkdən yoruldum”.

Xaçatryan Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb-görüşməməsi ilə bağlı suala “yox” cavabı verib: “Məni təhlükəsiz zonaya apardılar. Məni heç kim dindirib sorğulamadı. Bakıda qəbul edilməyimdən razıyam”.


Teqlər:  





Xəbər lenti