Zakir Qaralov vətəndaşlarla görüşəcək

Zakir Qaralov vətəndaşlarla görüşəcək
  26 İyul 2013    Oxunub:1304
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov vətəndaşların şikayətini dinləyəcək.
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov tərəfindən avqustun 16-da saat 11:00-da Ağsu Rayon Prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Kürdəmir rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağsu şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti