Rəsul Quliyevdən Müsavata yeni zərbə

 Rəsul Quliyevdən Müsavata yeni zərbə
  26 İyul 2013    Oxunub:1197
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə Musavat arasında gedən söz savaşı hələ də davam edir. Eks spiker öz facebook profilində Müsavat partiyasından ona yönəldilmiş mesajlara son dəfə aydınlıq gətirmək istədiyini bildirib.


- Birincisi qeyd etmək istəyirəm ki, İsa Qəmbər şəxsiyyətinə fərdi şəkildə heç vaxt nə neqativ nə də pozitiv münasibətim olmayıb və ətrafındakı partiya funksionerləri ilə müqayisədə kifayət qədər yüksək intlektualının olmasını da şübhə altına almamışam. Bir daha qeyd etmək istəyirəm ki, mən onun apardığı siyasətin düzgün olmadığını və keçdiyi yolun bunu təsdiqlədiyini qeyd etmişəm və yenə faktlarla bunu sübut edə bilərəm. Hörmətli Gülağa müəllimin iddiası da mütləq mənada düzgün deyildir. Əlbəttə onun Milli Şuranın vahid namizədi kimi prezidentliyə namizədliyini irəli sürmək istəməsinə etiraz etmirəm. Və bilirəm ki, o və siz belə bir fikrə düşməmisiniz. Ç ünki Milli Şura istənilən variantda, Rüstəm İbrahimbəyov olsa da, olmasa da onun vahid namizəd olmasına səs verməz,bu müzakirə obyekti deyil, bir aksiomadır. Mən onun fərdi və ya partiyanın qərarı ilə prezidentliyə namizəd olmasının dağıdıcı rol oynayacağından yazmışam.

Bu günün özü seçkilərə 2 aydan bir az çox qaldığı vaxtda ölkədəki vəziyyəti yaxşı bilirsiniz. Hələki xalq dərin depresiyadadır. Bu depresiya Putin seçkilərə qədər Azərbaycana gəlib demokratiya üçün müəyyən ciddi mesajlar verməsə daha da dərinləşəcək. Əlbəttə ən yaxşı variant Putinin seçkilərdən sonra Bakıya səfəri olardı. İndi Milli Şuranın vəzifəsi Putinə Rusiya Federasiyasının səfirliyi vasitəsi ilə təcili məktub göndərməsi olmalıdır. İndi siz özünüz təsəvvür edin, İsa Qəmbər seçkilərdə iştirak edir və rəsmi 2-3 % səs toplayır. Səslər Belə olacaq: 75-80 % İlham Əliyev, 2-ci və 3-cü yerlərdə kimlərsə, 4-cü yerdə İsa Qəmbər ola bilər. Siz də ,biz də seçkilər saxtalaşdırıldı deyib hay küy saldıq. Nəticəsi nə olacaq. Heç bir şey. Beynəlxalq təşkilatlar bəli azad seçki keçrilmədi təsdiqləyəcəklər, pərdə arxası hanı o səsləri saxtalaşdırılmışlar niyə küçələrə çıxmırlar. Adamları küçələrə çıxarda biləcəyikmi yox. Nəticədə onsuz da zəif olan müxalifət ümumiyyətlə, qəbrə qoyulacaq.

Mən heç kimi baykota çağırmıram. Mən R.İbrahimbəyov qeydiyata alınana qədər mübarizə aparmağı təklif edirəm. Mən əgər bu proses getməsə seçkilərin keçrilməsinə imkan verməməyə çağırıram.
İkincisi Gülağa müəllim qeyd etdiniz ki,mən uzun müddət Amerikada yaşamağıma baxmayaraq demokratiyadan və konsensusun nə olduğunu bilmirəm. İcazə verin sizinlə razılaşmayım.Hətta ABŞ-a getməmişdən öncə mən parlament və müxtəlif tədbirlərdə demokratiya xalqın inkişafının yeganə yoludur. İqtisadiyatın inkişafı bir başa demokratiyanın səviyyəsindən asılıdır. Yarım diktatura yarım demokratiya ola bilməz. Müxalifətsiz cəmiyyət deqradasiyaya məhkumdur və sair mövzularda total 10- 15 saatlıq çıxışlar etmişəm. Bunlar hamısı videoyazılar və stenoqramlarda öz əksini tapıb. Bunlar şuar deyildir, real çıxışlardır və məntiqi izahla təsdiqlənib. Düşünürəm ki, ondada demokratiyanın nə olduğunu ən azı sizlər səviyyədə bilirdim. ABŞ demokratiyanın nə olduğunu mənə öyrətmiyib, demokratiyanın real nəticələri ilə riqqətə gətirib.

İnanın ki,demokratiyanın həm ABŞ və həmdə dünyada inkişaf tarixini tək sizin yox, partiyanızda ailə podryadı ilə çıxış edən Dədə Qorqud dastanından tutmuş Fransız, Latın amerikanın publisist şeir yazanlarına qədər ( baxmayaraq ki, bu yazarlar birinci 200-lüyün içərisində deyildir.Həmdə maraqlıdır gör bu şəxsiyət neçə dil bilir) oxuyan intlektualında səviyyəsində bilirəm.

AzVision.az


Teqlər:  





Xəbər lenti