Prezident casusluqda ittiham olundu

Prezident casusluqda ittiham olundu
  26 İyul 2013    Oxunub:1238
Misirin keçmiş prezidenti Məhəmməd Mursi casusluqda ittiham olunaraq iyulun 26-da 15 gün həbs cəzasına məhkum edilib.
AzVision.az The Huffington Post-a istinadən məlumat verir ki, keçmiş prezidentin “Həmas”la əlaqəsi olub. İddia edilir ki, Hüsni Mübarəkə qarşı üsyan ərəfəsində fələstinlilər Mursiyə həbsxanadan qaçmaqda kömək ediblər. Mursi bu ittiham çərçivəsində polislərin və əsgərlərin öldürülməsi və oğurlanmasında təqsirli bilinib.

Mursini dəstəkləyən “Müsəlman Qardaşlar” hərəkatının nümayəndələri bildiriblər ki, keçmiş prezidentin ünvanına yağdırılan ittihamlar uydurulmuş və əsassızdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti