ATƏT-in Bakı ofisinin statusu dəyişdirilib

ATƏT-in Bakı ofisinin statusu dəyişdirilib
  27 İyul 2013    Oxunub:1059
Yeni qərar böyük dəyişikliklərə səbəb olmayacaq.
ATƏT-in Bakı ofisi layihələrin əlaqələndiricisi statusunu alıb. Bu qərar ATƏT-in Daimi Şurasının iclasında təşkilatın üzvləri ilə konsensus çərçivəsində qəbul edilib.

Qeyd edək ki, yeni layihələrin əlaqələndiricisi mandatı 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni qərar böyük dəyişikliklərə səbəb olmayacaq. Bu mandat çərçivəsində ofis Azərbaycanda layihələri icra etməyə davam edəcək. Ofisin rəhbəri isə layihələrin əlaqələndiricisi olacaq.

«Layihələrin əlaqələndiricisi mandatının qəbul edilməsi ATƏT və Azərbaycan arasında təşkilatın prinsip və öhdəliklərinin həyata keçirilməsinə yönəlmiş qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün vacib addımdır», deyə ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna XİN başçısı Leonid Kojara bildirib.

Xatırladaq ki, bu ilin yazında Azərbaycan tərəfi ATƏT-ə təşkilatın Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.



Teqlər:  





Xəbər lenti