İmranın ilk əməliyyatı başa çatıb – SON MƏLUMAT

İmranın ilk əməliyyatı başa çatıb – SON MƏLUMAT
  27 İyul 2013    Oxunub:1378
Dünən gecə İmranın birinci əməliyyatı başa çatıb və hazırda o, reanimasiyadadır
AzVision.az –a açıqlamasında bu sözləri bir neçə gün öncə “Nabran Village Holiday”de hovuzda çimərkən iki ayağını itirən İmran Cəfərzadənin xalası Əzizə Baxşəliyeva deyib. Onun sözlərinə görə, dünən gecə İmranın birinci əməliyyatı başa çatıb və hazırda o, reanimasiyadadır.

“Vəziyyəti stabildir, ayaqlarından gipsi çıxardıblar. Dəmir aparatlar yerləşdiriblər. Həkimlər gözləyirlər ki, infeksiya dayansın bundan sonra nə lazımsa o ediləcək”.

Ə.Baxşəliyevanın sözlərinə görə, həkimlər İ.Cəfəzadənin müalicəsini boyunlarına götürüblər və bildiriblər ki, hər şey yaxşı olacaq.

Qeyd edək ki, iyulun 21-də Xaçmaz rayonunda Nabran Holiday Village akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadə içəri sorub. Trubanın ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsini və sol ayağının dabanını itirib. Prezident İlham Əliyev İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib.
Iki yaşlı İmran Cəfərzadə iyulun 25-də Berlinin ən yaxşı klinikalarından biri olan "Charite"də əməliyyat olunması üçün aeroportdan Almaniyaya yol salınıb.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti