DYP-dən sürücülərə xəbərdarlıq

DYP-dən sürücülərə xəbərdarlıq
  27 İyul 2013    Oxunub:1233
Bakı yol polisi paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında (Heydər Əliyev Sarayının arxası) inşa olunmuş yeraltı avtomobil dayanacağının tam istifadəyə verilməsindən sonra həmin ərazidə dayanma və durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib.

İdarədən AzVision.az-a verilən məlumnata görə, yeraltı avtomobil dayanacağının yerləşdiyi ərazidəki küçə və yollarda dayanma, durmanı, parklanmanı qadağan edən yerlərdə dayanan avtomobillərin sürücüləri cərimələnəcək.

Qeyd edək ki, artıq bununla bağlı Bakı yol polisi kütləvi reydlərə başlayıb.

Qeyd edək ki, iyulun 25-dən paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunmuş yeraltı avtomobil dayanacağı tam istifadəyə verilib.

Yeraltı dayanacaq 4500 avtomobil tutumuna, bundan əlavə 37 avtomobil tutumu olan xüsusi bölməyə malikdir. Burada, həmçinin avtoyuma məntəqələri də fəaliyyət göstərir. Dayanacaq üçmərtəbəlidir və ümumi sahəsi 21 hektardır. Mərtəbələrdən ikisi avtomobil dayanacağı, biri isə texniki mərtəbədir. Texniki mərtəbədə digər qurğularla yanaşı, 1200 kubmetr tutumu olan 8 su hovuzu da yerləşir. Yeraltı dayanacaq müasir avadanlıq və sistemlərlə təchiz edilib. Burada ən müasir havalandırma, yanğından mühafizə və təhlükəsizlik sistemləri quraşdırılıb.

Təhlükəsizliyin və nəzarətin tam təmin edilməsi məqsədilə dayanacaqda 270-ə yaxın kamera qoyulub. Bundan əlavə, çıxışlar 700 dərəcəyə dözən şüşəbəndlərlə bağlanıb.

Burada 5 giriş-çıxış mövcuddur. Şəmsi Bədəlbəyli küçəsi yeraltı dayanacağın üzərindən keçdiyindən bu hissə körpü prinsipi ilə inşa edilib.

AzVision.az





Teqlər:  





Xəbər lenti