Nazir gəncəliləri qəbul edəcək

Nazir gəncəliləri qəbul edəcək
  27 İyul 2013    Oxunub:1103
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov iyulun 30-da Gəncə şəhərində vətəndaşlarla görüşəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Gəncə və Naftalan şəhərlərində, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Xocalı, Kəlbəcər rayonlarında yaşayan məcburi köçkünlərin ədliyyə və məhkəmə müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu saat 11:00-da Gəncə regional ədliyyə şöbəsində (ünvan: Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi) keçiriləcək.


Teqlər:





Xəbər lenti