İlham Əliyev həmkarını təbrik edib

İlham Əliyev həmkarını təbrik edib
  27 İyul 2013    Oxunub:953
Azərbaycan Prezidenti İlham Əliyev Peru Prezidenti Olyanta Umala Tassoya təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı münasibətlərin inkişafı dostluq əlaqələrimizin möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə xidmət edəcəkdir".
İlham Əliyev Olyanta Umala Tassoya ən xoş arzularını yetirib, dost Peru xalqına sülh və firavanlıq diləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti