20 yaşlı gəncin meyiti tapılıb

20 yaşlı gəncin meyiti tapılıb
  27 İyul 2013    Oxunub:988
1993-cü il təvəllüdlü Tapdıq İsmayılovun axtarışları başa çatıb
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Qaraquş qəsəbəsində süni göldə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 15 km məsafədə, nəzarət olunmayan ərazidə) batdığı ehtimal edilən 1993-cü il təvəllüdlü Tapdıq Dünyamalı oğlu İsmayılovun axtarışları başa çatıb.

T.İsmayılovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti