Gədəbəydə 32 yaşlı kişini sel aparıb - FOTOLAR

Gədəbəydə 32 yaşlı kişini sel aparıb - FOTOLAR
  17 İyun 2016    Oxunub:4121
Gədəbəy rayonunda təbii fəlakət nəticəsində yerli sakini sel aparıb.
AzVision.az xəbər verir ki, hadisə iyunun 16-da axşam saatlarında baş verib.

Güclü yağış nəticəsində Başkənd gölü daşıb. Sel meşədən odun gətirən Düzrəsullu kənd sakini, 32 yaşlı Osman Rzayevi aparıb. Onun fiziki qüsurlu olduğu bildirilir.

O.Rzayevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, son günlər Gədəbəy rayonuna yağan dolu və yağış bir sıra kəndlərdə problem yaradıb. Rayonda təsərrüfata ciddi ziyan dəyib. Sel bir sıra kəndlərdə yolları yuyub.







AzVision.az


Teqlər:  



Xəbər lenti