Əhmədinejat universitet açacaq
Prezidentin bir həftəlik vəzifə müddəti başa çatdıqdan sonra açılacaq universitetdə informasiya texnologiyaları, nanotexnologiya, kosmik biliklər və nüvə mühəndisliyi sahələri üzrə təhsil veriləcək.
Universitet açmaq üçün M.Əhmədinejata Mədəni İnqilab Ali Şurası icazə verib. Şuranın icazə verməsinə səbəb olaraq Əhmədinejatın son 8 ildə özünü ölkə idarəçiliyinə həsr etdiyi göstərilir.
İranda universitet açmaq üçün lazım olan icazəni almaq məqsədilə adı çəkilən Şuraya müraciət edilir.
Qeyd edək ki, İranın dini lideri Ayətullah Xameyni tərəfindən seçilən şuranın üzvləri arasında iranl nazirlər də var.
Fatimə KƏRİMLİ