Gəncədə 5 yaşlı uşağı maşın vurub

Gəncədə 5 yaşlı uşağı maşın vurub
  18 İyun 2016    Oxunub:2549
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Yusif Məmmədov anası ilə birlikdə sərnişin avtobusundan düşdükdən sonra yoldan keçən avtomobil onu vurub.

Ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) gətirilən uşağın vəziyyətini həkimlər ağır qiymətləndirir. Polis sürücünün axtarışlarına başlayıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti