İsrail fələstinli məhbusları azad etdi

İsrail fələstinli məhbusları azad etdi
  29 İyul 2013    Oxunub:1074
İsrail hökuməti 104 fələstinli məhbusu azad edib.
AzVision.az məlumat verir ki, hökumətin bu qərarı üçün 13 nazir təşəbbüs göstərib. Yeddi nazir qarşı çıxıb, iki nəfər bitərəf qalıb.

“Başa düşürəm ki, bu təşəbbüs mənim üçün, xüsusilə həlak olanların ailələri üçün çox çətindir. Amma bəzən elə hadisələr olur ki, çətin qərarlar dövlətin xeyrinə qəbul edilməlidir” - İsrailin baş naziri Benyamin Netanyahu vurğulayıb.

Ərazi güzəştləri barədə Fələstinlə istənilən razılaşma üçün ümumxalq referendumunun keçirilməsinin lazımlı olduğu bildirilib.

Xatırladaq ki, yaxın vaxtlarda Vaşinqtonda İsraillə Fələstin arasında danışıqlar keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti