Qazaxıstanda qatar qəzası: 55 nəfər yaralanıb
Onlardan beşi ciddi xəsarətlər aldığı üçün dərhal yaxınlıqdakı xəstəxanlara yerləşdirilib. Əraziyə onlarla təcili-tibbi yardım briqadası cəlb olunub. Bildirilir ki, qatarlardan biri Alma-Atadan Novosibirisk şəhərinə istiqamət götürən sərnişin qatarıdır.
Hadisə də məhz qatar yola düşəndən az sonra baş verib. Xoşbəxtlikdən qatarların sürətinin az olması faciənin daha böyük miqyas almasına əngəl olub. Qəzanın səbələri hələ açıqlanmasa da, güman edilir ki, hadisə dispetçerin diqqətsizliyi üzündən baş verib.