Dünənki imtahanda 5 nəfərə həkim yardım edib

Dünənki imtahanda 5 nəfərə həkim yardım edib
  29 İyul 2013    Oxunub:1182
“İmtahan zamanı 5 nəfərin həkim yardımına ehtiyacı olub”.
İyulun 28-də Bakıda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı zamanı 5 nəfər həkimə müraciət edib. Bu sözləri AzVision.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib. Onun sözlərinə görə, həkimə müraciət edənlərdən 2-i abituriyent, 2-i valideyn, 1 nəfər isə imtahan nəzarətçisi olub.

O.Şahmalıyev bildirib ki, abituriyentlər və nəzarətçi həkim yardımından sonra imtahana davam ediblər.

Qeyd edək ki, dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 28-də IV ixtisas qrupu üzrə qəbul imtahan keçirib.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti