Homs şəhəri ordunun nəzarətinə keçib

Homs şəhəri ordunun nəzarətinə keçib
  29 İyul 2013    Oxunub:1352
Suriyada hökumət qüvvələrinin Hums əyalətində keçirdiyi əməliyyatlar nəticəsində onlarla insan həlak olub.
Günlərdir davam edən əməliyyatlardan sonra əsgərlər müxalifət dəstələrinin nəzarətində olan Halidiyə qəsəbəsini ələ keçirilib. Prezident Bəşər Əsədə qarşı qiyamın simvolu sayılan Halidiyə bölgəsini üsyançılar bir ildən çox idi nəzarətdə saxlayırdı.

Şiddətli döyüşlərdə orduya "Hizbullah" silahlıları da dəstək verib. İndi Hums xarabalığı xatırladır. Şəhərdə yerlə bir olmuş yüzlərlə bina var. Qeyd edək ki, Hums strateji əhəmiyyətə malik olan ərazidir. Paytaxt Dəməşqə gedən yolların bir çoxu bu şəhərdən keçir.


Teqlər:





Xəbər lenti