Elit facebook yaradılacaq
Elit xidmətdən istifadənin qiyməti ayda 10 dollardan baha olmayacaq. Onun məlum facebook-dan əsas fərqi reklam və təkliflərin olmamasıdır.
Biz Stoun bildirib ki, Facebook istifadəçilərinin təkcə 10 %-nin pullu portala qoşulması şirkətə 1 milyard dollar gəlir gətirəcək.
Bununla yanaşı qeyd edək ki, Facebook-un reklamlardan əldə etdiyi gəlir 5.1 milyarda bərabərdir.
Biz Stoun həmçinin yeni -“Jelly” layihəsi üzərində işlədiyini də bildirdi. KİV-lərin məlumatına görə Jelly- pulsuz mobil xidmətdir. Nə zaman istifadəyə verilməsi isə hələlik gizli saxlanılır.
S.Həsənova