Fələstin İsraillə danışıqlara başladı

Fələstin İsraillə danışıqlara başladı
  30 İyul 2013    Oxunub:1083
İsrail və Fələstin iyulun 29-u axşam saatlarında Vaşinqtonda sülh danışıqlarına başlayıb.
AzVision.az məlumat verir ki, ABŞ-ın dövlət katibi Con Kerri tərəfindən təşkil edilmiş şam yeməyində İsrailin keçmiş xarici işlər naziri Sipi Livni nümayəndə heyətinə başçılıq edib. Saib Erekat isə Fələstin muxtariyyətini təmsil edib.

Danışıqların məzmunu açıqlanmır. Daha əvvəl ABŞ Dövlət departamentindən bildirilmişdi ki, görüşlərin birinci iki günü danışıqların işçi proqramına həsr olunacaq.

Fələstin muxtariyyəti ilə İsrail arasında danışıqların aparılması barədə Con Kerrinin Yaxın Şərqə səfəri zamanı iyulun ortasına planlaşdırılmışdı. Danışıq prosesi üç illik fasilədən sonra yenilənib.

Danışıqlar ərəfəsində İsrail hökuməti qanun qəbul edib. Qanuna görə, Fələstinlə istənilən sülh razılaşmaları İsrail parlamenti tərəfindən təsdiq edildikdən sonra ümumxalq referendumuna çıxarılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti