`Türkiyə Somaliyə yardımını əsirgəməyəcək`

`Türkiyə Somaliyə yardımını əsirgəməyəcək`
  30 İyul 2013    Oxunub:1520
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Somalidə Türkiyə səfirliyinə edilən hücumda yaralanan polislərə baş çəkib.
AzVision.az xəbər verir ki, görüş zamanı nazir bildirib ki, hadisə Türkiyənin Somali siyasətinə təsir etməyəcək:

“Somali siyasətimizdə hər hansı bir dəyişiklik olmayacaq. həmişə Somalidəki qardaşlarımızın yanında olacağıq”.

Ə.Davudoğlu yaralılarla görüşdən sonra jurnalistlərə açıqlama verib və bildirib ki, başladıqları işi yarımçıq saxlamayacaqlar:

“Bizi yolumuzdan döndərmək istəyənlər görəcəklər ki, bu milləti yolundan döndərmək mümkün deyil. İnşallah yenə də Somaliyə humanitar yardımlarımız davam edəcək. Amma bu gündən etibarən daha çox tədbir görəcəyik”.

Fatimə


Teqlər:





Xəbər lenti