Coli ən bahalı aktrisa seçildi

Coli ən bahalı aktrisa seçildi
  30 İyul 2013    Oxunub:1154
“Forbes” jurnalı Hollivudun 10 ən bahalı aktrisasını açıqlayıb.
AzVision.az məlumat verir ki, Ancelina Coli həmin siyahıda birinci yerdə dayanır. Aktrisa 2012-ci ilin iyunundan 2013-cü ilin iyununadək digər həmkarlarından daha çox - 33 milyon dollar qazanıb. Coli “Maleficent” filmindəki cadugər roluna görə daha çox qonorar əldə edib.

İkinci yerdə 24 milyon dollar gəlirlə Cennifer Laurens dayanır. Siyahıda sonrakı yerləri Kristian Syuard (22 milyon), Cennifer Eniston (20 milyon), Emma Stoun (16 milyon), Şarliz Teron (15 milyon), Sandra Ballok (14 milyon), Natali Portman (14 milyon), Mila Kunis (11 milyon) və Culiya Roberts (11 milyon) paylaşır.

AzVision.az


Teqlər:





Xəbər lenti