`Təəssüflər olsun ki, Azərbaycana təzyiqlər olur`

 `Təəssüflər olsun ki, Azərbaycana təzyiqlər olur`
  30 İyul 2013    Oxunub:1132
`Təzyiqlər Azərbaycan üçün qəbulolunmazdır. Amma onların Azərbaycan üçün ən maraqlılarını tövsiyə mahiyyəti daşıyanları nəzərə alırıq`.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan edilən xarici təzyiqlərlə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bütövlükdə Azərbaycan dövləti özünün iradəsini Azərbaycan xalqının müəyyən etdiyi yolla həyata keçirir:

`Beynəlxalq təşkilatlarla ünsiyyətdə də biz beynəlxalq təcrübəni öyrənirik, onları tətbiq edirik. Azərbaycan xalqının inkişafına xidmət edənləri nəzərə alaraq həyata keçiririk. Bəzən təəssüflər olsun ki, beynəlxalq aləmdən Azərbaycana bu və ya digər formada təzyiqlər olur. Bu təzyiqlərə biz əlbəttə mövcud normalar, maraqlar çərçivəsində dəyərləndiririk. Təzyiqlər Azərbaycan üçün qəbul olunmazdır. Amma onların Azərbaycan üçün ən maraqlılarını tövsiyə mahiyyəti daşıyanları nəzərə alırıq`.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti