`Təkliflər Nazirlər Kabinetinə göndərilib`
AzVision.az xəbər verir ki, konfransda layihə haqqında məlumat verən layihə rəhbəri Sənan Kərimova bildirib ki, əsas məqsəd sahibkarlıq subyektlərinin maddi-texniki bazasının təmin edilməsi məqsədilə güzəştli – faizsiz – girovsuz kreditlərin ayrılmasına nail olmaqdır:
“Layihə Bakının Yasamal, Nəsimi, Binəqədi, Xətai, Nizami və Nərimanov rayonlarında, Xırdalan şəhəri və Abşeron rayonundakə sahibkarlıq subyektlərində aparılıb. Layihə çərçivəsində monitorinqlər aprelin 10-dan mayın 30-dək davam edib”.
Konfransda layihə rəhbəri montiqronlər zamanı qeydə alınan nöqsanlardan da danışıb. O bildirib ki, monitorinqlər zamanı sahibkarlıq subyektlərində sorğular keçirilib və bu zaman məlum olub ki, sahibkarlığın inkişafı qane edən səviyyədə deyil:
“Ən böyük problem maliyyə çatışmazlığıdır. Maliyyə olmadan maddi texniki bazanı təmin etmək mümükün deyil. Eyni zamanda istehsal olunan məhsulların keyfiyyətinə də təminat vermək mümkün deyil. Sahibkarlıq subyektlərinin fəaliyyətində olduqca böyük problemlər var. Bunlar əsasən sanitar gigiyenik qaydalara, təhlükəsizlik qaydalarına, yanğından mühafizə qaydalarına riayət olunmamasıdır. Bütün bunlar da maliyyə çatışmazlığından qaynaqlanır”.
S.Kərimov onu da vurğulayıb ki, sahibkarlığın inkişafına qeyri-peşəkar kadrlar da təsir göstərir:
“Eyni zamanda sahibkarlıq obyektlərinə rəhbərlik edənlərin peşəkar kadrlar olmaması, malarifləndirmənin zəifl olması və s. bu kimi amillər sahibkarlığın inkiaşfına mənfi təsir edən amillərdir. Sahibkarlığa kömək dedikdə sözlə əməlin vəhdəti olmalıdır. Biz ikinci dəfə montirinq aparanda dəyişikliyin olduğunu hiss etməliyik . Buna görə də beynəlxalq təcrübədən yararlanmaq lazımdır”.
Layihə çərçivəsində aparılan montorinqlərdən danışarkən S. Kərimov onu da qeyd edib ki, sahibkarlar bu sahədə çatışmayan cəhətləri deməyə çəkinirlər:
“Monitorinqlər zamanı onlar çətinlik törədən amillərdən bizə danışsalar da, xahiş edirdilər ki, adlarını hallandırmayaq. Onların çəkinməyi, açıq mübarizə aparmamağı problemlərin həllini tapmağına maneə törədir. Sahibkarlığın inkişafı prezidentin sərəncamına müvafiq deyil. Real vəziyyət sərəncama cavab vermir. Ona görə ki, ilk növbədə dövlət orqanları faizsiz kredit vermir. Böyük faizlərlə verilir”.
S. Kərimov deyib ki, layihə çərçivəsində “”Sahibkarlığın inkişafına kömək”başlığı altında 2000 tirajla kitab dərc edilib və maarifləndirmə məqsədilə bu kitabçalar sahibkarlara paylanıb:
“Biz Nazirlər Kabinetinə, Artur Rasizadəyə təkliflər göndərmişik ki, bu məsələlər həllini tapsın”.
Fatimə KƏRİMLİ
Teqlər: