Eşton: “Mursinin vəziyyəti yaxşıdır”

Eşton: “Mursinin vəziyyəti yaxşıdır”
  30 İyul 2013    Oxunub:1215
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Misirin hakimiyyətdən devrilmiş prezidenti Məhəmməd Mursinin vəziyyətinin yaxşı olduğunu bildirib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, K.Eşton Mursinin harada saxlanıldığını barədə məlumatının olmadığını söyləyib. Eşton Mursi ilə iki saatlıq danışıq aparıb. Lakin o, Mursinin nə dediyi barədə açıqlama verməkdən imtina edib.

“Biz iki saat müzakirə apardıq. Mən ona bildirdim ki, onun söylədiklərini açıqlamayacağam, çünki o, mənim dediklərimi təsdiq edə biləcək vəziyyətdə deyil. Mursi televiziya və qəzet vasitəsilə informasiya əldə edə bildiyi üçün biz mövcud vəziyyət barədə danışa bildik” – Eşton deyib.

Eşton hər iki tərəflə görüşüb. Onun sözlərinə görə, Avropa Birliyi Misir xalqına gələcəklərini müəyyən etmək üçün yardım etmək istəyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti