Avropa Azərbaycanlıları Konqresi narahatdır
Xatırladaq ki, 2013-cü il iyunun 4-də xanım Qriqoriu Ermənistanın Konstitusiya Məhkəməsinin təşkil etdiyi “Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə” adlı beynəlxalq konfransda çıxış edib. O, Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırım törətməkdə ittiham edib və onu təcavüzkar kimi qiymətləndirərək Ermənistanın beynəlxalq hüquqlara riayət etmədiyini bildirib. Ermənistan Parlamentində çıxışından sonra Aureliya Qriqoriu təzyiqlərə məruz qalaraq onun ölkəni tərk etməsinə əngəllər yaradılıb. Moldova Parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilərək, ondan Ermənistandan rəsmi şəkildə üzr istəməsi tələb olunub, əks halda qisas alınacağı bildirilib. Nəhayət, Qriqoriu ölkəni tərk etdikdən sonra da Ermənistan KİV-i ombudsmana qarşı hücumları davam etdirir.
AAK hesab edir ki, Ermənistan hakimiyyətinin bu cür reaksiyası və baş verənlər dövlət səviyyəsində təşkil olunan terror aktından başqa bir şey deyil. Ermənistanda baş verən bu hadisə onu təsdiq edir ki, bu ölkədə nəinki hələ də beynəlxalq hüquq qaydalarına, eləcə də inkişaf etmiş mədəni cəmiyyətin elementar etik normalarına riayət və hörmət olunmur.
Avropa Azərbaycanlıları Konqresi bu hadisədə günahkar olan erməni təhrikçilərini pislədiyini bildirir və Avropa Parlamentini Moldova Ombudsmanı Aurelia Qriqoriunun obyektiv və ədalətli çıxışını, eləcə də onun söz azadlığı hüququna malik olmasını dəstəkləməyə çağırır.
Teqlər: