“Qəsdən adam öldürmə halları azalıb”

“Qəsdən adam öldürmə halları azalıb”
  31 İyul 2013    Oxunub:1682
Bu gün Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurs davam edir.
Baş prokurorun birinci müavini Rüstəm Usubov kursda “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda çıxış edib.

AzVision.az-ın məlumatına görə, Rüstəm Usubov bildirib ki, prokurorluq geniş dünyagörüşünə malik, vətənpərvər gənc hüquqşünaslarla təmin edilib: “Bu gənclərdən 70 nəfəri irəli çəkilib, Baş Prokurorluğun mərkəzi aparatında işləyir”.

R. Usubov bildirib ki, öncəki illərlə müqayisədə bu ilin birinci yarısında soyğun hadisələri 24 faiz, oğurluq 46 faiz, dövlət əmlakının talanması ilə bağlı cinayələr 17,3 faiz azalıb. Əvvəlki illərdə ən azı 500-600 qəsdən adam öldürmə cinayətləri qeydə alınırdı. Son illər 180-190 qəsdən adamöldürmə hadisəsi baş verir. Əvvəlki illər bu cinayətlərin 200-ü açılmırdı, son illər 10-15 qəsdən adam öldürmə cinayəti açılmır. Bu ilin 6 ayı ərzində isə bu xarakterli cinayətlərdən cəmi 5 iş açılmayıb”.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti