Seçkilərlə bağlı Prokurorluğa 365 müraciət daxil olub
“2005-2006-cı illərdə ötən parlament seçkilərinin nəticələri ilə bağlı Baş Prokurorluğa 365 müraciət daxil olub”. AzVision.az xəbər verir ki, bu sözləri bu gün Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kursda baş prokurorun birinci müavini Rüstəm Usubov söyləyib.
Rüstəm Usubovun sözlərinə görə, həmin müraciətlərin 102-i MSK-dan, 35-i dairə seçki komissiyalardan, 4-ü partiyalar blokundan, 31-ü hüquüq mhafizə orqanlarından, 193-ü isə vətənlaşlardan daxil olub. Həmin vaxt 20 DSK bağlı cinayət işi qaldırılıb. Eyni zamanda 10 DSK-nın nəticələri ləğv edilib. 4 dairə seçki komissiyasının nəticəsi MSK, 6 dairə seçki komissiyasının nəticəsi isə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib. 2008-ci ilin prezident seçkiləri zamanı isə Baş Prokurorluğa heç bir mraciət daxil olmyaıb. Onun sözlərinə görə, 2010-cü ildə parlament seçkiləri ilə bağlı 89 myüraciət daxil olub. Həmin müraciətlərin 83-ü MSK və DSK-lara göndərilib, 5-i ilə bağlı şərh verilib.
Baş prokurorun müavinin sözlərinə görə, bir müraciətlə bağlı isə cinayət işi açılıb: “89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasında namizədliyi qeydə alınan Vidadi İsgəndərov tərəfindən məntəqə seçki komissiyalarının işinə müdaxilə olunması ilə bağlıdır”.
Rüstəm Usubov deyib ki, qanun pozuntularının sayının azalması seçki komissiyalarının işini düzgün qurmasının nəticəsidir: “Seçki komissiyaların fəaliyyətinə müdaxilə edənlər, partiyalar, bələdiyyələr, digər qurumların təmsilçiləri Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilər ”.
Sevinc İLTİFATQIZI