`İran ancaq öz payından istifadə edir`

`İran ancaq öz payından istifadə edir`
  31 İyul 2013    Oxunub:1252
`İran və Azərbaycan 42 ildən çoxdur ki, Araz çayından istifadə ilə əməkdaşlıq edir və bunun istifadəsi üçün müəyyən müqavilə var`.
Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı bildirib.

O, vurğulayıb ki, İran ancaq öz payından istifadə edir, bu məsələdə Azərbaycan tərəfinin razılığı var , ona görə ki, hər iki tərəf öz payından istifadəyə haqqı var.

Səfir qeyd edib ki, Urmiya gölünün vəziyyəti ilə bağlı Azərbaycanın həssaslığını anlayır:

`Layihənin təməli hələ təzə qoyulub və icrası üçün 2-3 il lazımdır. Araz çayında artıq və əlavə suyu Ürmiya gölünə axıdılacaq. Araz çayında güclü yağıntıların çoxluğu nəticəsində bəzi vaxtlar çayda su səviyyəsi artır və daşqınlar əmələ gətirir, hazırlanan xüsusi mexanizm bu artıq su Urmiya gölünə axıdacaq. Azərbaycanın aidiyyəti orqanları bu barədə tam xəbərdardırlar`

Fatimə




Teqlər:  





Xəbər lenti