İnformasiya Texnologiyaları Universiteti tələbə qəbulu elan edir
Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcək, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaq. 2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı və ingilis dilinin tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq.
Nazirlik bildirib ki, 600-dən yuxarı bal toplamış hər bir abituriyent Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 1 noutbuk, Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı, Universitetin məzunlarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunması, Universitetin məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək verilməsi və müxtəlif həvəsləndirici mükafatlar (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.) imkanı əldə edəcək.