Milli ŞuranınTiflis toplantısı yarımçıq qaldı

 Milli ŞuranınTiflis toplantısı yarımçıq qaldı
  31 İyul 2013    Oxunub:1189
İyulun 31-də Milli Şuranın Tiflis müşavirəsinə qatılan nümayəndələri artıq Azərbaycana qayıtmağa başlayır. Avtomobillə Bakıya dönəcək şəxslərin bir hissəsi yola çıxıb. Qatar və hava yolunu seçənlər isə Tiflisi axşam saatlarında tərk edəcək. Milli Şuranın sədri Rüstəm İbrahimbəyov isə bu gecə Tiflisdən Moskvaya qayıdır. Eldar Namazovun da onunla Rusiya paytaxtlna gedəcəyi bildirilir.

Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun “Yeni Müsavat”a açıqlamasına görə, iyulun 31-də keçiriləcək geniş tərkibli yığıncaq təxirə salınıb. Səhər saatlarında Milli Şuranın komissiya sədrləri ilə keçirilən toplantıda Milli Şuranın dördüncü sessiyasının gündəliyə salınacaq məsələlər müəyyən edilib. Sessiyanın qarşıdakı həftədə keçiriləcəyi gözlənilir.(Yeni Musavat)


Teqlər:  





Xəbər lenti