Məmmədyarov xanım səfiri qəbul edib

Məmmədyarov xanım səfiri qəbul edib
  01 Avqust 2013    Oxunub:1266
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Haydurun Tempeli qəbul edib.

Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Haydurun Tempeli ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanla Almaniya arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Nazir Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.

Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Haydurun Tempel, ölkəsinin Azərbaycanla dialoqun və ənənəvi xoş münasibətlərin davam etdirilməsində maraqlı olduğunu bildirmiş və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti