Ermənistanda 7 qadın zorakılığın qurbanı olub

Ermənistanda 7 qadın zorakılığın qurbanı olub
  01 Avqust 2013    Oxunub:1196
Hər il Ermənistanda ailə zorakılığı nəticəsində yüzlərcə qadın xəsarət alır və ölür. Ailə zorakılığı əleyhinə hərəkat fəalları hesab edirlər ki, problemin müəyyən dərəcədə həllinə müvafiq qanunun qəbul olunması xidmət edər.
“Dəhşətli hadisələr”

Son bir il ərzində “Zorakılıq əleyhinə cəmiyyət” ictimai təşkilatının təcili reaksiya qrupu qadınlara qarşı 20 zorakılıq halı aşkar edib, onların yeddisi ölümlə nəticələnib.

Təşkilat nümayəndələrinin sözlərinə görə, müxtəlif beynəlxalq təşkilatların təhqiqatlarına əsasən, Ermənistanda qadınların təxminən 70 faizi zorakılığa məruz qalır.

Bu hadisələrin əksəriyyəti rayonlarda qeydə alınıb, Yerevanda keçirilən mətbuat konfransında qrupun əlaqələndiricisi Lida Minasyan deyib.
O, tək bu ilin 3 ən çox ictimai rezonans doğurmuş “dəhşətli hadisəsi” barədə məlumat verib.
Ararat şəhərində Volodya Muradyan 17 və 14 yaşlı qızlarının gözü qabağında 35 yaşlı arvadı Diana Nahapetyana 21 bıçaq zərbəsi vurub, öldürmüşdü.
"Qadınlar həddi-buluğa çatmamış uşaqları olduğuna görə, maddi asılılıq ucbatından, ictimai rəydən qorxduqları üçün ailədə zorakılığa məruz qaldıqları baqədə şikayət etmir və bunlara dözməli olurlar"
Zorakılıq Əleyhinə Cəmiyyət təşkilatının rəhbəri Anna Aruçyan
İkinci hadisə bir neçə gün əvvəl Klikləyin Gümri şəhərində baş verib. Artur Çakmişyan Rusiyada mövsüm işini yarımçıq qoyub qayıdıb və 28 yaşlı arvadı Arpine Çakmişyanı sosial şəbəkədə qeyd olunduğuna görə 10 bıçaq vurub. Bu qadın xəstəxanada zorla ölümdən xilas edilib.
Tiqran Hambartsumyan 29 yaşlı arvadı Tatevik Nikoğosyanı 25 dəfə bıçaqlayıb.

“13 illik izdivac ərzində 10 il Tatev ərinin tələbiylə öz valideynləri və bacısı ilə əlaqələrini kəsib. Tiqran cəfəng səbəblərlə arvadını rezin şlanqla döyüb, barmaqlarını qızdırılmış vintaçanla yandırırmış. Onların 7 yaşlı qızı və 10 yaşlı oğlu vardır. Atası oğluna anasının hər addımını izləməyi, evdən çölə buraxmamağı tapşırıb”, - deyə zorakılığa qarşı mübarizə fəalı Tatevin bu yaxınlarda xəstəxanadan çıxdığını və onun işi ilə bağlı ibtidai istintaqın başa çatdığını bildirib.
Zorakılığa qarşı qanuna ehtiyac var
“Qadınlar həddi-buluğa çatmamış uşaqları olduğuna görə, maddi asılılıq ucbatından, ictimai rəydən qorxduqları üçün bunlara dözməli olurlar”, - Zorakılıq Əleyhinə Cəmiyyət təşkilatının rəhbəri Anna Aruçyan deyir.
Aruçyanın sözlərinə görə, son illər qadınlara qarşı daha çox zorakılıq hallarının qeydə alınması hadisələrin sayının artması ilə deyil, bu barədə susmayanların sayının artması ilə bağlıdır.
Bu gün Ermənistanda qaynar xətlər açılıb, lazım gələrsə, sığınacaq, hüquqi və psixoloji xidmət təqdim edən ictimai təşkilatlar fəaliyyət göstərir.

"Lakin bu, qadına qarşı zorakılıq hallarının aradan qaldırılması üçün kifayət deyil, dövlət səviyyəsində tədbirlər görülməlidir", təşkilatın rəhbəri deyir.

Mətbuat konfransı iştirakçıları son zamanlar ictimai təşkilatlar tərəfindən qadınların və və uşaqların müdafiəsi məqsədilə “Ailə zorakılığı haqqında” qanun layihəsi işlənib hazırlandığını, lakin Ermənistan hökuməti tərəfindən qəbul olunmadığını bildiriblər.


Teqlər:  





Xəbər lenti