Əsgərimiz intihar edib

Əsgərimiz intihar edib
  01 Avqust 2013    Oxunub:1189
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Elşad Şahlar oğlu İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, əsgər Goranboy rayonundan hərbi xidmətə çağırılıb.


Teqlər:





Xəbər lenti