Buna baxmayaraq Beynəlxalq Olimpiya Komitəsi (BOK), 1936-cı ildə Almaniyaya yarışlara ev sahibliyi etmək hüququ verdi. Bu fakt göstərir ki, o vaxtlar Almaniya hələ nasist hakimiyyəti altında deyildi və BOK düşünürdü ki , bu addım Almaniyanı sivil ölkələr sırasına qaytaracaq. Problemlər 1933-cü ildən başladı, Hitlerin qatı millətçi və anti-yəhudi baxışları dövlət siyasətinə çevrildi. Qebbels, Hitleri Olimpiya oyunlarına münasibətini yenidən nəzərdən keçirməsi üçün əlindən gələni edirdi. O, Hitleri inandırmağa çalışırdı ki, olimpiada Amaniyaya gücünü bütün dünyaya nümayiş etdirməyə kömək olacaq. Fyürer razılaşdı. Oyunların keçirilməsi üçün 20 milyon reyxsmark, yəni 8 milyon ABŞ dolları ayrıldı.
Mərasim kifayət qədər yadda qalan oldu. 20 min göyərçinin havaya buraxıldığı “Sportpalast”stadionunda Hitler şəxsən çıxış etdi. Oyunlarda dünyanın 49 ölkəsindən gələn idmançılar iştirak edirdi.
Ümumilikdə, XI Olimpiada Hitler hökuməti üçün pozitiv nəticələndi. Almaniya 33 qızıl medal qazandı. Hitler gücünü göstər bildiyi üçün özünü xoşbəxt sanırdı...
Səbinə Həsənova