Mobil operatorlar nazirliyə maddi ziyan vurublar

Mobil operatorlar nazirliyə maddi ziyan vurublar
  01 Avqust 2013    Oxunub:1160
Mobil operatorlar “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqini ləngidir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzVision.aza verilən məlumata görə, hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqi ləngiyir.

Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulub.

Bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunub və dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb.


Teqlər:





Xəbər lenti