Sərdar Cəlaloğlu İbrahimbəyovun yalanını üzə çıxardı

Sərdar Cəlaloğlu İbrahimbəyovun yalanını üzə çıxardı
  01 Avqust 2013    Oxunub:1174
`Rusiya qanunlarına görə vətəndaş xarici bir ölkədə olsa da vətəndaşlıqdan imtina edə bilər`
“Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina ilə bağlı Tiflisdən Moskvaya qayıtması bir bəhanədir. Bu, Milli Şura üzvlərinin növbəti yalanıdır. İstənilən şəxsin iştirakı olmadan da ikili vətəndaşlığının ləğvi prosedurunu həyata keçirmək olar”. Bu fikirləriAzVision.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Şura təmsilçilərinin Tiflis sammitini şərh edərkən deyib.

Partiya sədri bildirib ki, Rusiya qanunlarına görə, vətəndaş xarici bir ölkədə olsa da vətəndaşlıqdan imtina edə bilər.

- Adətən təşkilatlar formalaşarkən əvvəlcə ideya ortalığa çıxır. Sonra ideyanın tərəfdarları bir araya gəlir. Beləliklə, təsisçilər yaranır, təsisçilər də təşkilatı və nəhayət o da liderini seçir. Milli Şurada isə əksinə əvvəlcə lider meydana çıxır. Sonra sədr təsisçilərin siyahısını tutur. Həmin təsisçilər isə bir- biri ilə hansısa bir ideyanı bölüşmür. Ən sonda isə təşkilat yaradılır. Göründüyü kimi burada demokratik ənənələr pozulur.

Digər bir məsələ odur ki, bir qrup deyir ki, əgər Rüstəm İbrahimbəyov gəlməyəcəksə, seçkini boykot edəcəyik, digər qrup isə seçkilərdə iştirakın tərəfdarıdır. Beləliklə, ideya birliyi olmadığına gorə, bu gün Milli Şurada iki müxtəlif bir –birinə zidd mövqe görürük. Hansı ki, bu mövqe ayrılıqları Milli Şuranın dağılmasına səbəb olacaq.

O ki qaldı guya Rüstəm İbrahimbəyov mütləq Azərbaycana gələcək və seçkilərdə iştirak edəcək, indiki situasiyada İbrahimbəyovun Azərbayacana gəlişi nə Millİ Şuradan, nə də ki, Rüstəm İbrahimbəyovdan asılıdır. Bu, Rusiya prezidenti Putindən və Rusiyanın xüsusi orqanlarından asılıdır. Çünki onun ikili vətəndaşlığının ləğvi prosedurası Milli Şuradan yox, Rusiya qanunları və Putinin fərmanına bağlıdr. Həmin Rusiya qanunlarına görə, Rüstəm İbrahimbəyovun Rusiya dövləti qarşısında vergi öhdəliyi, cinayət işi olmasa və qanunda bir çox şərtlər var ki, onlar ödəniləcəyi təqdirdə, ən vacibi vətəndaşlıqdan imtina Rusiya qanunlarına uyğun şəkildə təqdim edilərsə, Rusiya prezidenti iki aydan sonra onun vətəndaşlıqdan məhrum edə bilər.

Rüstəm İbrahimbəyovun Rusiyada biznesi var. Həmçinin Amerikada müəyyən bir fəaliyyət ilə məşğuldur. Buna görə də həmin ölkələrdə vergi ödəyir. Bu cürə öhdəliyi olan şəxslərin konstitusiyaya görə namizədliyi qeydə alınmır. Onun tərəfdarlarının bu cür deməsi ki, o, mütləq gələcək və seçkilərdə iştirak edəcək bu, absurddur . Onun Tiflisdən Moskvaya qayıtmasına da bəhanə kimi gətirirlər ki, guya vətəndaşlıqdan imtina ilə bağlı özü bilavasitə Rusiyada bu prosedurada iştirak etməlidir, bu yalnışdır. Rusiya qanunlarına görə ümumiyyətlə, bu proses mərhələli şəkildə gedir. Birinci, vətəndaşlıqdan imtina ilə bağlı onların xüsusi bir oqranları var. O orqanlara lazım olan anketi doldurub verəndən sonra vətəndaş artıq o prosesdə iştirak etmir. Hətta Rusiya qanunlarına görə, vətəndaş xarici bir ölkədə olsa da vətəndaşlıqdan imtina edə bilər. Göründüyü kimi, bu da bir bəhanədir. Mənə elə gəlir ki, demokratik bir qüvvə yalan deməməlidir. Deyə bilərlər ki, həyatı üçün təhlükə var, və s. Amma vətəndaşlığın ləğvi ilə bağlı iştirak etməlidir fikri açıq aydın yalandır. Onun vətəndaşlıqdan imtina etməsi üçün Azərbaycanda da olması kifayətdir. Bu ona mane törətmir.

Həmçinin Milli Şuranın böyük çoxluğu gizlin şəkildə seçkilərin boykot edilməsi ideyasını ortaya atıblar. Lalə Şövkət, Rəsul Quliev, Əli Kərimli çox yaxşı bilməlidirlər ki , İbrahimbəyovun seçkilərdə iştirakı üçün bir çox konstitsion problemlər var. Onu da deyim ki, Rüstəm İbrahimbəyov əvvəlcə ikili vətəndaşlığı olduğunu gizlədirdi. İndi isə deyir ki, vergi öhdəliyim yoxdur. Doğurdanmı, o,uzun illər Rusiyada, Amerikda yaşaya – yaşaya heç bir vergi öhdəliyi yoxdur. Yəni əvvəldən bəlli idi ki, bu variantda mümkün deyil. Ona görə də yadınıza gəlirsə, Milli Şurada ardıcıl olaraq ” biz seçkilərdən əvvəl ya sonra “ mübarizəni apara bilərik ideyası var idi. Bu, onu göstərirdi ki, Şuranın böyük əksəriyyəti seçkilərdə iştirak etməyəcək. Bu oyuna görə də Milli Şurada təbii ki , parçalanma olacaq. Çünki İsa Qəmbər, Mirmahmud Mirəlioğlu açıq şəkildə seçkilərdə iştirakın tərəfdarıdırlar. Boykotun tərəfdarları kimi isə Rəsul Quliyev, Lalə Şövkət, Əli Kərimli , Eldar Namazov və onun tərəfdaraları çıxış edəcək.

Tiflis sammiti ilə İsa Qəmbər istədiyinə nail oldu. O ictimai qınaqdan narahat idi ki, o,seçkilərə gedəcəyi təqdirdə,qınağa məruz qalar. İsa isə ağıllı davrandı. Boykot tərəfdarlarının planını pozdu. Onlar gözləyirdilər ki, İsa Qəmbər bu oyunda uduzacaq və ortalıqdan çıxacaq. Milli Şuranın da nailiyyətsizliyini İsa Qəmbərin üstünə yıxacaqlar. O da çox ağıllı çıxdı. Boykot tərəfdarlarının bütün oyunun sonuna qədər getdi. Və bunla da göstərdi ki, o, Milli Şuranın mövcudluğunda maraqlıdır. Amma boykotun əleyhinədir. Yəni İsa Qəmbər öz siyasi xəttində çox böyük uduş etdi. Beləliklə, bu gün o seçkiyə gedərsə, heç kim artıq onu qınamayacaq. Eyni ssenaridir ki, 2005-ci ildə də o, Rəsul Quliyevin dalınca getmişdi. İndi də Rüstəm İbrahimbəyovun dalınca getdi və o qayıtmadı. Mənə elə gəlir ki, artıq Müsavat partiyası öz müstəqil seçki siyasətini aparmalıdır. Çünki zaman qısalır, Milli Şurada oynamağın heç bir mənası yoxdur. Rusiyalı politoloq da deyir ki, İbrahimbəyov Putinin əlində bir silahdır. Buna görə də milli demokratik qüvvələr imkan verməməlidir ki, Milli Şura Rusiyanın əlində oyuncaq olsun. Ya dərhal İbrahimbəyovdan fərqli bir namizəd irəli sürüb qabağa getməlidir, ya da ki, fəaliyyətini dayandırmalıdır. İndiki halda Rüstəm İbrahimbəyovun üzərində dururlarsa və bu, Putindən asılı olan bir məsələdirsə, deməli İndi Şura Putinə xidmət edir. Şuranın sonrakı teleyi isə Putinlə Azərbaycan iqtidarının danışığının nəticəsindən asılı olacaq.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti